
Bakı.Trend:
ABŞ-nin Alabama ştatının Talledeqe avtostradında keçirilən
NASCAR yarışmasında 27 avtomobilin iştirakı ilə baş vermiş kütləvi
toqquşma qeydə alınıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, insident nəticəsində heç bir pilot ciddi xəsarət
almayıb. Yarış 116-cı dövrədə yolun avtomobil dağıntılarından
təmizlənməsi məqsədilə dayandırılıb və toqquşmanın fəsadları aradan
qaldırıldıqdan sonra bərpa edilib.
Yarışda “Spire Motosports” komandasından Karson Xosevar qələbə
qazanıb.

