
Bakı. Trend:
Mayın 3-dən sonra keçiriləcək yazılı imtahanların vaxtı
dəyişdirilir.
Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, mayın 3-də və daha
sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr
aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu
dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat
10:00-da başlanacaq.
Məlumata görə, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat
09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər
imtahan binasına buraxılmırlar.
Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan
iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları
müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona
görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək lazımdır.
Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün
öncə DİM-in saytına yerləşdirilir.

