Son 3 ayda baş verən yol-nəqliyyat hadisələrində 21 piyada ölüb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68
yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub.
Nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin yol hərəkəti iştirakçılarına müraciətində qeyd
olunub.




Bildirilib ki, qəzaların olmaması üçün sürücülər yollarda ilk
növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar
keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam
əmin olduqdan sonra yolu keçməlidirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir