İsrail Livanın cənub və şərq bölgəsinə zərbələr endirib

Baş səhifə

Bakı. Trend:

İsrail Livanın cənubunda və şərqində, o cümlədən Biqa vadisində
Hizbullah hərəkatına aid obyektlərə zərbələr endirməyə
başlayıb.

Trend xəbər verir
ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti
məlumat yayıb.

“IDF Beka vadisindəki “Hizbullah” obyektlərinə, eləcə də Livanın
cənubundakı bir sıra rayonlara silsilə zərbələr endirməyə
başlayıb”, -deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.




İsrail ordusu son 3 həftə ərzində ilk dəfədir ki, Livanın Biqa
vadisinə zərbələr endirir.

Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2
martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda
ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra “Hizbullah”ın
İsrailə raket hücumları ilə genişlənib.

Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quru
əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1
milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə “Hizbullah”
döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. “Hizbullah” isə
İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir