Avropada ötən ay təbii qazın istehlakı azalıb, ABŞ-da isə artıb

Baş səhifə

Bu ilin mart ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 4,4% azalaraq 30,4 mlrd. kubmetr olub.

Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, azalma əsasən yaşayış sektorunda istilik tələbatının azalması ilə bağlı olub ki, bu da regionun böyük hissəsində daha mülayim hava şəraiti ilə izah olunur, baxmayaraq ki, qitə üzrə hava şəraiti fərqli olub.

Bildirilir ki, eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 0,5% artaraq 77,4 mlrd. kubmetr səviyyəsində olub.

“Bu, elektrik enerjisi istehsalı sektorunda daha yüksək tələbatı əks etdirir”, – hesabatda qeyd olunur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir