
Bakı.Trend:
Son bir neçə gün ərzində Banqladeşdə azı 14 nəfər ildırım
vurması nəticəsində həyatını itirib.
Trend xəbər verir
ki, bu barədə “Dhaka Tribun” qəzeti yazır.
Qəzetin məlumatına görə, bədbəxt hadisə nəticəsində həlak
olanların əksəriyyəti kəndlilərdir və onlar əlverişsiz havada
tarlada olarkən həlak olublar. Onların çoxunun hadisə vaxtı leysan
yağışdan qorunmaq üçün ağacların altında gizləndiyi bildirilir.
Rəsmi statistikaya görə, Banqladeşdə hər il ildırımvurmasından
yüzlərlə insan həyatını itirir. 2016-cı ildə bu rəqəm 200-ə çatıb:
Onlardan 82-i eyni gündə həlak olublar.

