
Bakı. Trend:
30 aprel 2026-cı il tarixində Ağdaş şəhərində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin
birinci müavini Samir Hümbətov Ağdaş, Ucar və Göyçay rayonlarından
olan sahibkarları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Ağdaş Rayon İcra Hakimiyyətinin
inzibati binasında (Ağdaş şəhəri, Heydər Əliyev meydanı 2)
keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək
istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla
bilərlər (Tel.: 055 500 12 37, e-mail: [email protected],
Rahim Məmmədov, KOB dostu).

