Banqkokda Azərbaycanın sədrliyi ilə keçirilən sessiyada nəqliyyat sahəsindəki təcrübəmiz təqdim olunub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Tailand Krallığının paytaxtı Banqkok şəhərində Azərbaycanın
sədrliyi ilə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial
Komissiyasının (UNESCAP) 82-ci sessiyası keçirilib. Tədbirdə
ölkəmiz geniş nümayəndə heyəti ilə təmsil olunub.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.

Bildirilib ki, sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin sektor müdiri Eltac Abbasov “Asiya və Sakit Okean
regionunda inklüziv nəqliyyat və əlçatanlıq: əldə olunan təcrübə və
gələcək istiqamətlər” mövzusunda çıxış edib. O, iştirakçılara şəhər
nəqliyyatında əlaqəliliyin gücləndirilməsi, əlçatanlığın
artırılması, rəqəmsallaşma və nəqliyyat planlaşdırılmasında məlumat
əsaslı yanaşmaların tətbiqi istiqamətində həyata keçirilən
tədbirlər haqqında ətraflı məlumat verib. İnteqrasiya olunmuş
mobillik həllərinin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və
qərar qəbuletmə prosesində rəqəmsal alətlərin rolu xüsusi
vurğulanıb.




Həmçinin bildirilib ki, Azərbaycanın 2025 – 2026-cı illər üzrə
Beynəlxalq Nəqliyyat Forumunda prezidentliyi çərçivəsində qəbul
edilmiş əsas nəqliyyat siyasəti tövsiyələrindən biri şəhər
mobilliyi və inklüziv nəqliyyatın təşviqinə həsr olunub. Bu
prioritetlərin UNESCAP gündəliyi ilə tam uyğunluq təşkil etdiyi
diqqətə çatdırılıb.

Sessiyada inklüziv və dayanıqlı nəqliyyat sistemlərinin təşviqi
istiqamətində regional tərəfdaşlarla əməkdaşlığın daha da
dərinləşdirilməsinin önəmi vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir