"Ulduz" metro stansiyasının qarşısındakı yol bağlanacaq

Baş səhifə

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (“Ulduz” metrostansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir