FHN gözlənilən hava ilə bağlı əhaliyə müraciət etdi

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli və
qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib.

Trend xəbər
verir ki, müraciətdə Milli Hidrometeorologiya Xidmətinin məlumatına
görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək
əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ
çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı
proqnozlaşdırıldığı qeyd edilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik
qaydalarını bir daha xatırladır.

“Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti
tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik
dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə
olunur.




Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi
ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava
şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət
edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava
şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə
almalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və
daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq
durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün
elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,
mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik
xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür
ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer
seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”,- deyə müraciətdə
qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir