Şri-Lankada 22 narkokuryer rahib saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Şri-Lankada Bandaranaik aeroportunda 110 kiloqramdan artıq
narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli bilinən 22
buddist rahib saxlanılıb.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Rahiblərdən ibarət dəstə aprelin 25-də gecə saatlarnda
Tailanddan qayıdarkən hava limanında saxlanılıb.




Hüquq mühafizə orqanlarına öncədən daxil olan məlumat əsasında,
onların yükünə hərtərəfli baxış keçirilib və nəticədə çantaların
gizli yerlərində ümumilikdə 112 kiloqram narkotik vasitə
aşkarlanaraq müsadirə edilib.

Müsadirə edilmiş narkotik vasitələrin ümumi dəyəri 1,1 milyard
rupiyə (təxminən 3,4 milyon ABŞ dolları) yaxın olub.

Narkotrafikin Camburaliya bölgəsində yerləşən bir məbədin üç
rahibi tərəfindən koordinasiya edildiyi güman edilir. İddia olunur
ki, həmin şəxslər sosial şəbəkələr vasitəsilə əlavə 19 nəfəri də bu
prosesə cəlb ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir