FİFA DÇ-2026-nın mükafat fondunu genişləndirəcək

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyaları Assossasiyası (FİFA) Futbol
Üzrə Dünya Çempionatında (FIFA 2026) iştirak edən Milli komandalara
ödənişlərin artırılacağını vəd edib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.




Məlumata görə, ali futbol qurumu bu qərarı turnirin səfər və
digər xərclərinin həddən artıq olmasını əsas gətirən milli
federasiyaların təzyiqi altında qəbul edib.

2025-ci ilin dekabrında FİFA Şurası, qurum tarixinin ən yüksək –
727 milyon dollar həcmində rekord mükafat fondunu təsdiqləyib. Bu
məbləğə əsasən, 48 iştirakçı ölkənin hər biri minimum 10,5 milyon
dollar alacağına zəmanət verilirdi. Lakin bir sıra federasiyaların
nümayəndələri bildiriblər ki, ABŞ, Kanada və Meksikada
aviabiletlərin, yaşayışın yüksək xərclərinə və vergilərə görə,
hətta komandanın uğurlu çıxışı halında belə gəlirlər sıfıra bərabər
ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir