
Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) miqrasiya
departamentinin əməkdaşları son günlər ərzində respublika
ərazisində qanunsuz yaşayan 55 əcnəbini saxlayıblar. Onların
arasında Rusiya vətəndaşları da var.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat
xidmətinin məlumatında deyilir.
Gürcüstan DİN-in məlumatında qeyd olunur ki, saxlanılan
əcnəbilər Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan,
Fil Dişi Sahili, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və
Özbəkistan vətəndaşlarıdır.
Hüquq-mühafizə orqanları qanunsuz miqrantların yaşadıqları
ünvanlarda axtarışlar aparıblar. Eyni zamanda onların işlədikləri
yerlər də yoxlanılıb. Müəyyən edilib ki, miqrantlar ölkədə
miqrasiya qanunvericiliyini pozaraq qalıblar.

