“Fənərbağça” baş məşqçisini istefaya göndərdi

Baş səhifə

Türkiyənin Superliqasl təmsilçisi “Fənərbağça” baş məşqçi Domeniko Tedeskonu istefaya göndərib.

Modern.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi ilə yanaşı idman direktoru Devin Özək və futbol üzrə koordinator Berke Çələbi ilə də əməkdaşlığa son qoyulub.

Qeyd edək ki, Tedesko keçən ilin sentyabrından “Fənərbağça”nı çalışdırırdı. Ötən gün “Fənərbağça”nın “Qalatasaray”a çempionluq yolunda böyük hesabla uduzması mütəxəssisin işindən narazılığı daha da artırmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir