“İnter” “Real”a 20 milyon avroluq təklif göndərdi

Baş səhifə

Bakı. Trend:

“Real”ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasında
davam etdirə bilər.

Trend xəbər verir ki, “İnter”
ukraynalı qolkiperi transfer etmək istəyir. Bu barədə “Fichajes”
nəşri məlumat yayıb.




A Seriyasının lideri Lunin üçün 20 milyon avroluq təklif
göndərib. İspaniya klubu bu təklifi qəbul etməyi düşünür.

Qeyd edək ki, “Real” Andrey Lunini 2018-ci ilin yayında “Zarya”dan 8,5 milyon avroya transfer edib. Ukrayna millisinin üzvü
bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi
matçda 21 qol buraxıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir