
Bakı.Trend:
Paytaxtın daha 4 ərazisində təmir işləri icra edilib.
Bu barədə Trend-ə Avtomobil Yolları Dövlət Agentliyindən
(AAYDA) məlumat verilib.
“Həftəsonu daha 4 ərazidə təmir işləri icra edilib:
1. Rəşid Behbudov küçəsi (28 may-Ş.Bədəlbəyli küçələri
arası)
2. Səməd Vurğun küçəsi (H.Ələsgərov-A.A. Bakıxanov küçələri
arası)
3. Səməd Vurğun küçəsi (Füzuli-S.Əsgərova küçələri arası)
4. Heydər Əliyev prospekti (Ə.Qayıbov küçəsi ilə kəsişmə –
köməkçi yol)
Ümumilikdə təmir işləri 20 min kv.m-dən çox ərazini əhatə
edib.
Minimum narahatlıq yaratmaq üçün təmir işləri şənbə və bazar
günləri icra edilib.
Fasiləsiz çalışırıq ki, yolunuz açıq olsun!”, – məlumatda qeyd
olunub.

