Qəbul imtahanı üçün qeydiyyat bitir

Baş səhifə

Bakı. Trend:

Qəbul imtahanının birinci cəhdi üçün qeydiyyat müddəti
bitir.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 28
aprel saat 10:30-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 31425,
II ixtisas qrupu üzrə 25867, III ixtisas qrupu üzrə 26057, IV
istisas qrupu üzrə 6222 olmaqla, ümumilikdə isə 89571 abituriyent
qeydiyyatdan keçib.




I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci
mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29
aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan
istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/)
daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib
qeydiyyatdan keçməlidirlər.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş
abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci
mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın
24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III
ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən
abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir