Şuşada İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 28-də Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası
keçirilib.

Trend xəbər
verir ki, tədbirdə İƏT-ə üzv ölkələrin nümayəndə heyətləri, turizm
üzrə ekspertlər və aidiyyəti qurumların təmsilçiləri iştirak
ediblər.

İclasda sədrin seçilməsi, gündəliyin təsdiqi və işçi
mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlər
müzakirə olunub.

İclasın gündəliyinə uyğun olaraq İƏT Turizm Nazirlərinin 7-ci
görüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul edilmiş qərarların
icra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər, eləcə də
2030-cu il üzrə İƏT turizm paytaxtının müəyyənləşdirilməsi
məsələləri nəzərdən keçirilib.




Eyni zamanda, Turizm Nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul
olunması nəzərdə tutulan “Şuşa Bəyannaməsi”nin layihəsi üzrə
müzakirələr aparılıb və sənədin məzmunu ilə bağlı təkliflər irəli
sürülüb.

Turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasının
nəticələri aprelin 29-da keçiriləcək Turizm Nazirlərinin 7-ci
iclasının gündəliyinə təqdim olunacaq.

Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il
üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan
edilib.

Turizm tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının
turizm paytaxtı elan edilməsi” ilə bağlı Tədbirlər Planından irəli
gələn fəaliyyətlər çərçivəsində təşkil olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir