Xarici ölkələrin aqrar nazirləri gələn ay Bakıda keçiriləcək konfransda bir araya gələcək

Baş səhifə

Bakı. Trend:

5-8 may tarixlərində Bakıda keçiriləcək 19-cu Azərbaycan
Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna müxtəlif ölkələrdən
nazirlərin, nazirliklərin tabeliyindəki qurumların qatılacağı
gözlənilir.

Trend xəbər verir
ki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov 19-cu
Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna həsr
olunmuş mətbuat konfransında deyib.




“Forum çərçivəsində xarici ölkələrin aqrar sahədəki nazirlərinin
birgə iştirakı ilə konfrans təşkil ediləcək. Bu da bir ilkdir. Bu
il sərgilərə rekord sayda xarici rəsmi nümayəndələrin qatılacağı
gözlənilir”, – o bildirib.

Qeyd edək ki, 5-8 may tarixlərində Bakıda “Caspian Agro Week” –
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu,
“InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi
Sərgisi və eləcə də, “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq
Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və
Ləvazimatlar Sərgisi keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir