Abşeronda 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Baş səhifə

Abşeron rayonunda 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir qismini satdığı məlum olub.

Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir