Ermənistan Cilizə kəndini qaytarır?

Baş səhifə

Ermənistanın şimalında, Gürcüstan sərhədinə yaxın yerləşən və Alaverdi icmasına daxil olan Cilizə kəndinin demarkasiya prosesi çərçivəsində təhvil verilə biləcəyini iddia ediblər.

Modern.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan sərhəd demarkasiyası çərçivəsində Cilizə kəndinin Gürcüstana veriləcəyi barədə yayılan məlumatları təkzib edib.

“Yayılan məlumatlar dezinformasiyadır. Ölkənin suveren ərazisinin hər hansı hissəsinin təhvil verilməsi ilə bağlı heç bir bəyanat və ya razılaşma mövcud deyil”, – deyə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Qeyd edək ki, Ermənistan və Gürcüstan 1992-ci ildən dövlət sərhədinin demarkasiyası məsələsini müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar fəaliyyət göstərir, lakin proses uzun müddətdir ki, passiv mərhələdədir.

Gürcüstan tərəri Cilizə kəndini Aşağı Kartli vilayətinin ərazisi hesab edir. 

 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir