
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada tikintisi davam edən binada baş
verən güclü yanğın nəticəsində azı 5 nəfər həyatını itirib .
Trend xəbər verir
ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat
xidməti məlumat yayıb.
Məlumata görə, yanğın binanın ikinci və üçüncü mərtəbələrində
baş verib. Ümumilikdə 31 nəfər xilas edilib.
Yanğının söndürülməsinə 200-dən çox xilasedici və 65
yanğınsöndürmə texnikası səfərbər olunub. Alovun artıq nəzarətə
alındığı bildirilir.
Bundan əvvəl 3 nəfərin öldüyü, yeddi nəfərin yaralandığı
bildirilirdi.
Yanğının səbəbi barədə rəsmi məlumat açıqlanmayıb.

