
Bakı.Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş
verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, universitetin həyətində
taxta tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri
tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.
Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetindən
bildirilib ki, Universitetin bir hissəsində yanğın baş verib.
“Tələbələrdən xəsarət alan yoxdur”. – məlumatda qeyd olunub.

