Gümrü-Qars dəmir yolunun bərpası üzrə Türkiyə–Ermənistan İşçi qrupunun iclası keçirilib

Baş səhifə

Gümrü-Qars dəmir yolunun bərpası üzrə Türkiyə–Ermənistan İşçi qrupunun iclası keçirilib.

APA xəbər verir ki, bu barədə Türkiyə və Ermənistan Xarici İşlər nazirlikləri məlumat yayıb.

Məlumata görə, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunmuş razılaşmalara uyğun olaraq, aprelin 28-də Qars şəhərində Gümrü–Qars dəmir yolunun bərpası və istismarı üzrə birgə erməni-türk işçi qrupunun görüşü keçirilib.

Görüş zamanı tərəflər regionun nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində Gümrü–Qars dəmir yolu xəttinin mümkün qədər tez istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir