
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan 29-30 aprel
tarixlərində Avstriyaya rəsmi səfər edəcək.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Ali diplomat Qərbi Avropa ölkəsində ikitərəfli münasibətlərdən
savayı, İran münaqişəsi və ondan qaynaqlanan Hömrüz boğazı ilə
bağlı vəziyyəti, Ukrayna müharibəsini, Avropa İttifaqı ilə
münasibətləri müzakirə edəcək.
Türkiyəli nazir səfər çərçivəsində avstriyalı həmkarı Beate
Maynl-Rayzinger ilə görüşəcək, eyni zamanda ölkənin kansleri
Kristian Ştokerin qəbulunda olacaq.
Görüşlər çərçivəsində Fidan Türkiyənin avrointeqrasiyası ilə
bağlı məsələləri də müzakirə edəcək.

