Ödənilmiş gömrük ödənişləri gömrük borcu üzrə nəzərə alınacaq

Baş səhifə

Bakı. Trend:

Ödənilmiş gömrük ödənişləri yaranmış gömrük borcu üzrə nəzərə
alınacaq.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar
iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.




Dəyişikliyə əsasən, gömrük ərazisində son istifadə ilə əlaqədar
gömrük rüsumlarından və vergilərdən qismən azad olunmaqla sərbəst
dövriyyəyə buraxılmış, o cümlədən həmin ödənişlərdən qismən azad
olunmaqla müvəqqəti idxal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük
proseduru altında yerləşdirilməsi, yaxud onların məhv edilməsi
nəticəsində yaranan qalıqların və tullantıların gömrük
rəsmiləşdirilməsi zamanı gömrük borcu hesablanarkən həmin mallara
görə əvvəllər ödənilmiş gömrük rüsumlarının və vergilərin məbləği
nəzərə alınır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir