
Bakı. Trend:
İranın Ticarət İnkişafı Təşkilatı 26 apreldən etibarən polad
məhsullarının ixrac edilməsinə qadağa tətbiq edib.
Trend-in
məlumatına görə, bununla əlaqədar Ticarət İnkişafı Təşkilatı İran
Gömrük Administrasiyasına məktub ünvanlayıb.
Qeyd edək ki, İranda polad istehsalı potensialı ildə 40 milyon
ton civarındadır.
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranda
bir neçə polad zavodu vurulub və onlara ciddi şəkildə ziyan
dəyib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrail
İrana qarşı hərbi hava hücumlarına başlayıb və İran da həmin gündən
İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə
tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2
həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran
arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran
təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa
çatana qədər atəşkəsi uzatdığını bildirib.

