Azərbaycanda könüllü sığorta bazarı 14%-dən çox böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta
növlərinin hesabına 352,277 milyon manat sığorta haqqı
toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 44,332 milyon manat və ya 14,4%
çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 46,2
milyon manat və yaxud 34,5% artaraq 180,319 milyon manata
çatıb.




Beləliklə, bu ilin yanvar-mart aylarında könüllü sığorta
bazarında toplanmış hər 100 manat sığorta haqqının 51,2 manatı
müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon
manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən
ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon
manat və ya 4,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon
manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün
göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2%
çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir