
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən yaşayış
binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli
yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində
baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına
imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı
mənzilin mətbəxində dolab və soba yanıb.
Yanğınsöndürənlər tərəfindən mənzil sahibi, 1939-cu il
təvəllüdlü Əliyeva Ayla Ağahəsən qızının meyiti blokun girişində
aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə
olunub.

