“PSJ” “Bavariya”nı 5-4 hesabı ilə məğlub edib

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının yarımfinalının ilk oyununda Fransanın “Pari Sen-Jermen” klubu Almaniyanın “Bavariya” klubunu 5:4 hesabı
ilə məğlub edib.

Trend-in
məlumatına görə, görüş Parisdə keçirilib.




“PSJ”nin heyətində qolları Xviça Kvaratsxeliya (24-cü, 56-cı
dəqiqə), Joau Neveş (33) və Usman Dembele (45+5, penalti, 58)
vurublar. Məğlub komandadan Harri Keyn (17, penalti), Maykl Oliseh
(41), Dayot Upamekano (65) və Luis Diaz (68) fərqləniblər.

Cavab oyunu 6 mayda Münhendə keçiriləcək. Digər yarımfinalda
İngiltərənin “Arsenal” və İspaniyanın “Atletiko Madrid” komandaları
qarşılaşacaq. İlk oyun isə 29 apreldə Madriddə keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir