
Bakı. Trend:
“PAŞA Sığorta” şirkəti 24 aprel 2026-cı il tarixində Müşfiqabad
qəsəbəsində təşkil olunan milli ağacəkmə aksiyasına qoşulub. Tədbir
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr
edilmiş “Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma
Memorandumu” çərçivəsində keçirilib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Mərkəzi Bank və ölkənin bir sıra nüfuzlu maliyyə
assosiasiyalarının birgə təşəbbüsü ilə həyata keçirilən aksiya ölkə
miqyasında ekoloji tarazlığın bərpasına və yaşıllıq sahələrinin
genişləndirilməsinə yönəlib.
Memorandumun strateji məqsədi gələn 10 il ərzində ölkə
ərazisində ümumilikdə 1 000 000 ağac əkməkdir. Bu ilin aksiyası
çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar
şamı və zeytun ağacı əkilərək həmin hədəfə doğru mühüm bir addım
atılıb.
“PAŞA Sığorta” bu təşəbbüsə qoşularaq əməkdaşlarının bilavasitə
iştirakı ilə aksiyada aktiv şəkildə iştirak edib və ətraf mühitin
qorunmasına öz töhfəsini verib.

