
Bakı. Trend:
İldən-ilə Azərbaycan ÜDM-də özəl sektorun rolu artır.
Trend xəbər
verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu
gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır”
mövzusunda keçirilən tədbirdə deyib.
“Özəl sektorda olan resurslar sonsuz deyil. Həmin resurslara
əlçatanlıq ahəngdar şəkildə sahibkarlara təqdim edilməsi diqqət
mərkəzimizdədir”, – nazir qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-i
Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir.
Xəbər yenilənəcək

