Azərbaycan-BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

28 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikası və
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli Strateji
Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası
keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən (XİN) məlumat
verilib.

İclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən
xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə
dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.

Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət
naziri S. Al Hajeri arasında təkbətək görüş keçirilib. Daha sonra,
həmsədrlərin rəhbərliyi, hər iki ölkənin səfirlərinin və aidiyyəti
dövlət qurumları nümayəndələrinin iştirakı ilə geniş tərkibli iclas
baş tutub. Alt komitələr tərəfindən təqdim olunan hesabatlar
əsasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafı müzakirə
edilib.

Görüş çərçivəsində ötən ilin noyabr ayında Əbu Dabidə baş tutmuş
komitənin ilk iclasından bu yana görülmüş işlər nəzərdən keçirilib,
əldə olunmuş nəticələr qiymətləndirilib, eləcə də qarşıdakı dövr
üçün prioritet istiqamətlər, konkret təşəbbüslər və birgə layihələr
üzrə fikir mübadiləsi aparılıb.

Həmsədrlər komitənin ilk iclası çərçivəsində razılaşdırılmış yol
xəritəsi və iş planlarının icra prosesini müsbət qiymətləndirərək,
konkret nəticələrə yönəlmiş əməkdaşlığın daha da
dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bununla yanaşı,
qarşıdakı dövr üçün yeni təşəbbüslərin irəli sürülməsi, mövcud
mexanizmlərin daha da təkmilləşdirilməsi və əməkdaşlığın
institusional əsaslarının möhkəmləndirilməsi ilə bağlı razılıq
ifadə olunub.

İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan
Respublikası tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə,
Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil,
Mədəniyyət və Kənd Təsərrüfatı Nazirliklərinin, habelə Dövlət
Turizm Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi, SOCAR, Azərbaycan İnvestisiya Holdinqi və AZCON
Holdinqin nümayəndələri iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir