Qeyri-neft vergilərinin 76%-i özəl sektorun payına düşür – ASK

Baş səhifə

Bakı. Trend:

Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin
76%-nin özəl sektorun payına düşməsi sahibkarlığın milli
iqtisadiyyatın aparıcı qüvvəsi olduğunun göstəricisidir.

Trend xəbər
verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün
Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda
keçirilən tədbirdə deyib.

“Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam
bərpa olunması ölkəmiz və iqtisadiyyatımız üçün tarixi əhəmiyyət
daşıyır. Azad olunmuş torpaqlar bu gün sahibkar üçün sadəcə yeni
biznes məkanı deyil, bu, qayıdışın, quruculuğun və mənəvi
bağlılığın ünvanıdır. Dövlətin yaratdığı imkanlar – vergi
güzəştləri, infrastrukturun sürətlə qurulması, təhlükəsizlik və
uzunmüddətli inkişaf strategiyası – bu marağı daha da
gücləndirir.




Dövlət Statistika Komitəsinin 2026-cı il 1 yanvar tarixinə olan
məlumatına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5
mindən yuxarı mikro, kiçik, orta və iri sahibkarlıq subyekti
fəaliyyət göstərib. Bu göstərici 2024-cü illə müqayisədə 6 faiz
artım deməkdir. Həmçinin Qarabağ İqtisadi rayonuna 526 milyon
manata yaxın kredit qoyulub və bu vəsaitlər emal sektorundan tutmuş
turizmə qədər geniş fəaliyyət istiqamətlərini əhatə edir”, – o
bildirib.

“Əminliklə demək olar ki, yaxın illərdə azad olunmuş ərazilər
Azərbaycan iqtisadiyyatının ən dinamik hissəsinə çevriləcək. Eyni
zamanda dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın
keyfiyyətcə növbəti mərhələyə yüksəldiyini deyə bilərik. Azərbaycan
Sahibkarlar Konfederasiyası olaraq, biz hər zaman sahibkarlarımızın
maraqlarını qorumaq, onları məlumatlandırmaq və hüquqlarını müdafiə
etmək istiqamətində çalışırıq. İqtisadi islahatlara fəal dəstək,
dövlət-sahibkar dialoqunun inkişafına töhfə veririk.
Bu müstəvidə “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin
aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması
islahatları üzrə İşçi Qrup”un və “İşçi Qrup”a daxil olan
altqrupların fəaliyyətini yüksək qiymətləndiririk”, – M. Musayev
əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir