Sabah hava necə olacaq? – Açıqlama

Baş səhifə

Bakı. Trend:

Aprelin 30-da gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə
edilsə də, gündüz saatlarında yarımadanın bəzi ərazilərində
qısamüddətli, zəif yağış ehtimalı var.

Bu barədə Trend-ə açıqlamasında Milli Hidrometeorologiya
Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad
Məmmədova bildirib.




Onun sözlərinə görə, aprelin 29-da Bakı və Abşeron yarımadasında
arabir yağış yağacağı gözlənilir, axşama doğru isə yağıntının
tədricən kəsiləcəyi ehtimal olunur.

“Aprelin 30-da Bakı və Abşeron yarımadasında mülayim şimal-qərb
küləyi əsəcək. Havanın maksimal temperaturunun 15 dərəcədən 18
dərəcəyədək olacağı gözlənilir. Bölgələrdə yaxın iki gün ərzində
əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz
saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış
yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Mülayim
qərb küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında
17 dərəcədən 22 dərəcəyədək, dağlıq ərazilərdə isə 8 dərəcədən 13
dərəcəyədək olacaq”, o, qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir