
Süni intellekt hamımızı öldürə bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə OpenAI şirkəti ilə məhkəmə mübahisəsi zamanı ifadə verən milyarder İlon Musk deyib.
“Süni intelektlə bağlı insan imkanlarını üstələdiyi gün sürətlə yaxınlaşır. Bununla bağlı ciddi narahatlıqlarım var və bu narahatlıqları çox uzun müddətdir yaşayıram.”
Maska görə, süni intellektinin inkişafı iki yoldan birini izləyə bilər: ya bəşəriyyət üçün faydalı, ya da dağıdıcı aqibət. O, süni intellektin “Terminator” filmindəki ssenari üzrə inkişafını istəmədiyini əlavə edib.

