I rübdə azad edilmiş ərazilərdə layihələrin icra faizi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin I rübündə Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində 268 layihə icra edilib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Layihələrin icrasına 3,5 milyard manat ayrılmış vəsaitin 386,2
milyon manat sərf edilib. Bu isə ayırmaların 11%-ni əhatə edib.




Dövr ərzində azad edilmiş rəazilərdə icra edilmiş layihələrin
41-i nəqliyyat, 15-i su təsərrüfatı və meliorasiya, 6-sı energetika
və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 171-i sosial, 16-sı isə
sair layihələr olub.

Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 185
milyon manat (icra 18%), sosial layihələrin icrasına 153 milyon
manat (9%), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 26,3
milyon manat (18%), sair layihələrin icrasına 21,9 milyon manat
(9%) vəsait sərf edilib.

Su təsərrüfatı və meliorasiya, eləcə də energetika layihələrinin
icrasına dair göstəricilər açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir