DGK əməkdaşlarının sosial müdafiəsi gücləndiriləcək

Baş səhifə

Bakı. Trend:

Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial
müdafiəsi genişləndiriləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük
Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz
əksini tapıb.

Qanun layihəsinə əsasən, gömrük orqanlarının vəzifəli
şəxslərinin əməyinin ödənilməsi, dövlət və sosial müdafiəsi müvafiq
normativ hüquqi aktlarla tənzimlənəcək.




Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial
təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin
və başqa ödənişlərin məbləğini və təyin edilmə qaydasını müvafiq
icra hakimiyyəti orqanı müəyyən edəcək.

Mövcud qanunvericiliyə görə, gömrük orqanlarının vəzifəli
şəxslərinin əməyinin ödənilməsi, maddi-məişət təminatı, dövlət və
sosial müdafiəsi müvafiq qanunvericiliklə tənzimlənir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir