Rusiya OPEC+ təşkilatından çıxmağı planlaşdırmır

Baş səhifə

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması onun suveren qərarıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiyanın BƏƏ-nin qərarına hörmətlə yanaşdığını vurğulayıb.

Kreml rəsmisi Rusiyanın OPEC+ təşkilatından çıxmayacağını bəyan edib.

“Moskva ümid edir ki, BƏƏ-nin OPEC+ təşkilatından çıxması bu formatın sonuna gətirib çıxarmayacaq”, – Peskov əlavə edib.

Qeyd edək ki, BƏƏ mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir