Yaz allergiyası tam sağalırmı? – Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib açıqlama

Baş səhifə

Bakı. Trend:

Yaz allergiyası immun sisteminin həssaslığı ilə bağlı olduğu
üçün tam və birdəfəlik sağalma nadir hallarda mümkündür. Lakin
düzgün müalicə və profilaktik tədbirlərlə xəstəliyi tam nəzarət
altına almaq və uzunmüddətli rahatlıq əldə etmək mümkündür.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay
Əliyeva açıqlayıb.




Onun sözlərinə görə müalicə üsullarına antihistamin dərmanlar,
burun spreyləri və allergen-spesifik immunoterapiya daxildir:

“Xüsusilə immunoterapiya bəzi hallarda xəstəliyin gedişatını
dəyişərək astmanın yaranma riskini azalda bilər və ya uzunmüddətli
remissiya yarada bilər. Bu sualı dürüstcə cavablandırmaq lazımdır.
Klassik mənada “tam sağalma” – yəni allergik meyilliliyin
birdəfəlik yox olması – nadir hallarda baş verir. Sensibilizasiya,
yəni immun yaddaş, ömürlük qalır. Lakin bu o demək deyil ki,
müalicə oluna bilməz. Müalicə üsullarına antihistamin dərmanlar,
burun spreyləri və allergen-spesifik immunoterapiya daxildir.
Xüsusən Allergen immunoterapiya – AİT – bu sahədəki ən böyük
irəliləyişdir. Subkutan (iynə ilə) və ya sublingual (dil altına
damcı/tablet) formada verilən bu müalicə xəstəliyi modifikasiya
edir, yalnız simptomları gizlətmir. 3-5 illik kurs tamamlandıqdan
sonra simptom yükü orta hesabla 60-80 faiz azalır. Effekt müalicə
bitdikdən sonra 3-7 il davam edir. Yeni allergenlərə
sensibilizasiya yarıyarıya azalır. Ən önəmlisi – allergik rinitin
astmaya keçidi 2-3 dəfə azalır. Ağır allergik astma varsa, bioloji
preparatlarla müalicələr – həyat keyfiyyətini kökündən dəyişdirə
bilər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir