Azərbaycan banklarının kredit portfeli artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin 31 mart tarixinə olan vəziyyətə görə, Azərbaycan
banklarının kredit portfeli 0,6 faiz və ya 171,5 milyon manat artıb
və 30 milyard 290 milyon manat təşkil edib.

Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən məlumat verir.

Kredit portfelinin strukturu aşağıdakı kimi
olub:




biznes kreditləri –53.5% (16,214.8 mln. manat);
istehlak kreditləri – 31.3% (9,490.9 mln.
manat) və ipoteka kreditləri – 15.2% (4,584.6 mln.
manat).

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit
portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya
37,568.4 mln. manat. Depozit portfelinin 55.8%-i (20,980.1 mln.
manat) hüquqi şəxslərin, 44.2%-i (16,588.3 mln. manat) fiziki
şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki
şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir