Azərbaycanın bank sektorunun aktivləri artıb

Baş səhifə

Bakı.Trend:

Cari ilin 1 aprel tarixinə Azərbaycan bank sektorunun aktivləri
57 milyard 961 milyon manat təşkil edib.

Trend Azərbaycanın
Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin
müvafiq dövrü ilə müqayisədə 3 milyard 105 milyon manat və ya 6,7%
çoxdur.




Məlumata əsasən, fəaliyyət göstərən bankların ümumi borc
öhdəlikləri 50 milyard 293 milyon manat, məcmu kapitalı isə 7
milyard 668 milyon manat təşkil edib. Mart ayında bank sektorunun
məcmu aktivləri və ümumi öhdəlikləri 1,4%, məcmu kapital isə 2%
artıb.

2026-cı il 31 mart tarixinə olan vəziyyətə görə, fəaliyyət
göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85,
bankomatların sayı isə 3 586 olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir