
Bakı. Trend:
Cari ilin 1 aprel tarixinə olan vəziyyətə görə, Azərbaycan milli
valyutası manatın dövretmə sürəti 2,97 bənd təşkil edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə,
bu göstərici cari ilin 1 mart tarixinə olan göstəricilərlə
müqayisədə 0,14 bənd və ya 4,9 faiz çox, ötən ilin eyni dövrü ilə
müqayisədə isə 0,39 bənd və ya 11,6 faiz azdır.
Belə ki, cari ilin 1 mart tarixinə manatın dövretmə sürəti 2,83
bənd, ötən ilin 1 aprel tarixinə isə 3,36 bənd olub.
Qeyd edək ki, AMB-nin statistikasına əsasən, son 17 il ərzində
manatın dövretmə sürətinin ən aşağı göstəricisi 2015-ci ilin yanvar
ayının yekunlarına görə qeydə alınıb və 2,68 bənd təşkil edib. Ən
yüksək göstərici isə 2005-ci ildə 15,72 bənd olub.

