Azərbaycanda AZIPS vasitəsilə aparılan əməliyyatların həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin mart ayında Azərbaycanda Real Vaxt Rejimində
Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatların
ümumi həcmi 64,987 milyard manatı, say baxımından isə 175,2 min
vahidi ötüb.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadla məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu
sistemdə həyata keçirilən əməliyyatların həcmi 22,988 milyard manat
və ya 54,7%-dən çox, sayı isə 14,3 min vahid və ya 8,9% artıb.




Ötən ilin mart ayında AZİPS vasitəsilə həyata keçirilən
əməliyyatların həcmi 41,999 milyard manat, sayı isə 160,9 min
vahidi ötmüşdü.

Qeyd edək ki, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank
sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyəyə buraxılmış ödəniş
kartlarının sayı öncəki ayla müqayisədə 62 min ədəd artıb və
ümumilikdə 22 milyon 409 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq
dövrü ilə müqayisədə isə bu göstərici 10 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir