Bakıxanov qəsəbəsində avtomobillərdən oğurluq edən iki nəfər saxlanılıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində
sakinlərdən birinə məxsus “KIA” markalı avtomobildən sürücüyə
məxsus qiymətli əşyalar oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin
əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni
törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi
digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir
Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar.

Onların avtomobildən oğurluq etmələri müşahidə kameraları
vasitəsilə də anbaan qeydə alınıb.




Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha
bir “KIA” markalı avtomobildən içərisində 270 manat, bank kartları
və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib.
Onlardan əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri
psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir