PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib – Ərdoğan 

Baş səhifə

Kürdüstan Fəhlə Partiyası (PKK) ilə silahlı mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib.

Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.

Onun fikrincə, ötən il başlayan PKK-nın tərksilah olunması prosesi Türkiyənin iqtisadi artımını sürətləndirməyə imkan verəcək.

Ölkə hakimiyyəti kürdlərin silahsızlaşdırılmasından sonra, xüsusilə ölkənin cənub-şərq bölgələrində siyasi, sosial-iqtisadi və infrastruktur sahələrində addımlar atmağı planlaşdırır.

Ərdoğan vurğulayıb ki, mübarizənin hazırkı mərhələsi xüsusi ehtiyatlılıq tələb edir və siyasi partiyaların dəstəyi ilə ölkə bu mərhələni sarsıntısız keçə biləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir