Xəzər akvatoriyasında balıq ovu dayandırılır

Baş səhifə

Bakı.Trend:

Xəzər dənizi akvatoriyasında 2026-cı il 1 may tarixindən balıq
ovuna mövsümi qadağa tətbiq ediləcək.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
“Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsi məlumat
verib.

Bildirilib ki, mövsümi qadağa müddətində sənaye və həvəskar
balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər
barəsində qanuni tədbirlər görüləcək.




“Qadağa müddətində qanunsuz balıq ovunun qarşısının alınması, su
bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması
məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət tədbirləri
mütəmadi davam etdiriləcəkdir”,-deyə məlumatda bildirilib.

Xatırladaq ki, aprelin 1-dən Azərbaycan Respublikasi Nazirlər
Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq
edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən
kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su
bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir,
Şəmkir, Araz, Yenikənd su anbarlarında aprel ayının 1-dən sentyabr
ayının 1-dək qadağan edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir