Trampın reytinqi ən aşağı səviyyəyə düşdü

Baş səhifə

ABŞ prezidenti Donald Trampın ictimai dəstək göstəricisi son sorğu nəticələrinə görə kəskin şəkildə azalıb.

Modern.az xəbər verir ki, “Reuters” və “Ipsos” tərəfindən aparılan sorğuya əsasən, Trampın reytinqi 36%-dən 34%-ə enərək ən aşağı səviyyəyə düşüb.

Sorğuda bildirilir ki, reytinqin düşməsinə əsas səbəblərdən biri artan yaşayış xərcləri və xüsusilə benzinin qiymətindəki yüksəlişdir. Respondentlərin 40%-dən çoxu iqtisadi vəziyyəti mənfi qiymətləndirib, Trampın iqtisadi siyasətini isə yalnız 27% dəstəkləyib. Qiymətlərin tənzimlənməsi istiqamətində atılan addımların isə cəmi 22% tərəfindən müsbət qarşılandığı qeyd olunub.

Eyni zamanda, İranla bağlı gərginlik də ictimai rəydə mənfi təsir yaradıb. Sorğu nəticələrinə görə, amerikalıların yalnız 34%-i bu istiqamətdəki siyasəti dəstəkləyir.

 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir