
Bakı. Trend:
Avropa İttifaqı vahid şarj standartının tətbiqi ilə bağlı
tələbləri genişləndirərək onları noutbuklara da şamil edib.
Trend xarici
mediaya istinadla xəbər verir ki, aprelin 29-dan etibarən Aİ
ərazisində satılan bütün yeni modellər “USB Type-C” interfeysi
vasitəsilə şarjı dəstəkləməlidir.
Bununla yanaşı, tənzimləyici 100 vattdan yuxarı enerji istehlakı
olan qurğular üçün istisna nəzərdə tutub. Bu kateqoriyaya, ilk
növbədə, oyun və yüksək məhsuldarlığa malik noutbuklar daxildir və
onlar üçün xüsusi (proprietar) enerji yuvalarının tətbiqinə icazə
verilir.
Aİ-nin qiymətləndirməsinə görə, vahid standartın tətbiqi əlavə
şarj cihazlarının alınmasına ehtiyacın azalması hesabına
istehlakçılara hər il təxminən 250 milyon avro qənaət etməyə imkan
verəcək.

