"Neftçi" – "Qarabağ" matçını bu hakimlər idarə edəcək

Baş səhifə

Misli Premyer Liqasının XXI turundan təxirə salınan “Neftçi” – “Qarabağ” matçının təyinatları məlum olub.

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. VAR-da Elçin Məsiyev, AVAR-da Elşad Abdullayev əyləşəcək.

Xatırladaq ki, “Neftçi” – “Qarabağ” oyunu aprelin 30-da “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir